RU

İran rəhbərliyindən yaralı erməniyə xüsusi dəqqət

İran prezidentinin dini və etnik məsələlər üzrə xüsusi köməkçisi Seyid Mahmud Ələvi İsrailin zərbələrindən zərər çəkmiş erməni ailəsi ilə görüşüb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Yerli erməni qəzeti “Alik” xəbər verir ki, Ələvi ağır yaralanan və xəstəxanada müalicə alan 72 yaşlı Anahit Şahbazyana baş çəkib. O da bildirilir ki, Ələvi ona dəstək sözlərini çatdırıb və prezident Pezeşkiyanın adından onun tezliklə sağalmasını arzulayıb.

P.S.İran vətəndaşı olan erməniyə bu şəkildə yüksək diqqət göstərilməsi bir sualı ortaya çıxarır: görəsən İran rəhbərliyi 12 günlük müharibədə zərər çəkən Azərbaycan türklərinə xüsusi diqqət göstəribmi?..

 

Musavat.com

Избранный
26
50
musavat.com

10Источники