RU

"London yeni MI6 rəhbərinin "nasist baba" iddialarına cavab verib" - "Deutsche Welle"

"Cəllad" babanın kölgəsində başlayan qalmaqal..."
 
İngiltərə Xarici İşlər Nazirliyi son günlər mediada yayılan xəbərlərə cavab verərək, Böyük Britaniya Xarici Kəşfiyyat Xidmətinin (MI6) yeni rəhbəri olacaq Bleyz Metrevelinin ata babası ilə heç vaxt tanış olmadığını bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
"Ata babasını tanımayıb və onunla heç vaxt görüşməyib"
 
İyunun 28-də Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada qeyd olunur ki, Metrevelinin ailə tarixindəki bəzi ziddiyyətlər və yarımçıq qalmış hekayələr, xüsusilə Şərqi Avropa xalqları üçün səciyyəvi olan travmatik keçmiş onun bugünkü təhlükəsizlik yanaşmasının formalaşmasına təsir edib.
 
"Bu mürəkkəb irs onun münaqişələrin qarşısını almaq və Britaniya xalqını düşmən dövlətlərdən gələn müasir təhdidlərdən qorumaq kimi prinsiplərə sadiqliyinin səbəblərindən biridir", -  XİN nümayəndəsi bildirib.
 
"Nasist cəllad" və "ukraynalıların ən qəddar düşməni"
 
İddiaların mərkəzində duran şəxs - Konstantin Dobrovolski İngiltərənin məşhur "Daily Mail" qəzetinin iyunun 26-da yayımladığı araşdırmaya görə, Bleyz Metrevelinin babasıdır. Qəzetin əldə etdiyi arxiv sənədlərində bildirilir ki, Dobrovolski İkinci Dünya müharibəsi zamanı sovet ordusunun fərarisi olub və sonra nasist işğalçılarına casusluq edib.
 
İddialara görə, o, Ukraynanın Çerniqov şəhərində "Qəssab" ləqəbi ilə tanınıb və birbaşa yəhudilərin qətliamında iştirak edib. Hətta göndərdiyi məktubları "Heil Hitler!" (Yaşasın Hitler!) ifadəsi ilə başa çatdırdığı da qeyd olunub.
 
Sovet arxivlərinə əsasən, 1969-cu ildə DTK onun hələ də sağ ola biləcəyini ehtimal edib. SSRİ hakimiyyəti onu "ukraynalıların ən qorxunc düşməni" elan edərək başına 50 min rubl mükafat qoyub, bu da bugünkü məzənnə ilə 230 min avrodan çoxdur.
 
MI6-ya rəhbərlik edəcək ilk qadın
 
İyunun 15-də verilən məlumata əsasən, 47 yaşlı Bleyz Metreveli 2025-ci ilin payızında MI6-nın hazırkı rəhbəri Riçard Muru əvəz edəcək. Böyük Britaniya baş naziri Kir Starmer bu təyinatı "tarixi addım" adlandıraraq bildirib ki, hazırda MI6-nın fəaliyyəti ölkənin üzləşdiyi müəyyən olunmamış və misli görünməmiş miqyaslı təhlükələrə görə hər zamankından daha əhəmiyyətlidir.
 
Metrevelinin peşəkar karyerası
 
Bleyz Metreveli 1999-cu ildə MI6-da xidmətə başlayıb, həmin vaxt Kembric Universitetində antropologiya ixtisası üzrə təhsil alıb. Hazırda MI6-da texnologiya və innovasiya departamentinin rəhbəridir. Daha öncə həm MI6-da, həm də daxili təhlükəsizliyə cavabdeh olan MI5-də rəhbər vəzifələrdə çalışıb. Karyerasının böyük hissəsi Yaxın Şərq və Avropa üzrə əməliyyat fəaliyyətinə həsr olunub.
Избранный
3
4
moderator.az

10Источники