AZ

İngilis kəşfiyyatına ilk dəfə qadın rəhbər təyin olundu

İngilis kəşfiyyatına ilk dəfə qadın rəhbər təyin olundu

İngiltərənin Baş naziri Keyr Starmerin təsdiqi ilə Britaniyanın xarici kəşfiyyat xidməti olan MI6-ya rəhbər təyin edilən Bleys Metreveli bu vəzifəyə gətirilən ilk qadın olub.

Baş nazirlik Ofisinin (10 nömrəli ofis) yaydığı açıqlamada bildirilir ki, Starmer MI6-nın 18-ci rəhbəri kimi Bleys Metrevelini təyin edib.

Xarici işlər nazirinə tabe olan və təşkilatda “C” kod adı ilə tanınan MI6 rəhbərliyinə ilk dəfə qadının gətirildiyi bildirilən açıqlamada Metrevelinin hazırda təşkilatda texnologiya və yeniliklərə cavabdeh olan, “Q” kod adı ilə tanınan baş direktor vəzifəsində çalışdığı qeyd edilib.

Metrevelinin əvvəllər daxili kəşfiyyat xidməti olan MI5-də çalışdığı xatırladılan açıqlamada, hazırkı MI6 rəhbərinin payızda vəzifəsini tərk edəcəyi bildirilib.

Açıqlamada həmçinin vurğulanıb ki, Metreveli 1999-cu ildə təşkilata qoşulub, karyerasının böyük hissəsini Yaxın Şərq və Avropadakı əməliyyat vəzifələrində keçirib və Kembric Universitetində antropologiya təhsili alıb.

Bleys Metreveli açıqlamasında təşkilatın başına gətirilməsindən qürur duyduğunu bildirib. Mövcud rəhbər Riçard Mur isə Metrevelinin təşkilat üçün əhəmiyyətli fiqur olduğunu vurğulayaraq, onun yerinə gəlməsindən məmnun olduğunu qeyd edib.

Seçilən
19
25
afn.az

10Mənbələr