Güclü külək nəzərə alınaraq, helikopterlər yanğının söndürülməsində iştirak edə bilmir. Elban qeyd edib ki, yanğının söndürülməsində altı təyyarə, 700-ə yaxın yanğınsöndürən iştirak edir.
Ajans.az xəbər verir ki, yanğın Seferihisar və Menderes rayonlarında 40°C-ə yaxın temperaturda güclü istilər zamanı baş verib. Bəzi yerlərdə sürəti saatda 70 kilometrə çatan küləyin əsməsi vəziyyəti daha da gərginləşdirir və alovun genişlənməsinə səbəb olur. "Menderes hava limanı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Yanğın söndürüldükdən sonra uçuşların bərpa olunacağı gözlənilir", - deyə məlumatda deyilir. Seferihisarın 5 məhəlləsindən yerli sakinlər təxliyə edilib. Əyalət qubernatoru Süleyman Elban bildirib ki, yanğınla bağlı ilk xəbərlərdən cəmi 15 dəqiqə sonra yanğının söndürülməsinə başlanılıb.