Xorvatiyanın Poreç şəhərində keçirilən "Karate1 Youth League və Parakarate Cup" turnirlərində Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər.
Apasport.az xəbər verir ki, Gülay Orucova 16-17 yaş qrupunda -59 kq çəki dərəcəsində, parakarate yığma komandasının üzvü Aslan Ərcan isə K21 kateqoriyasında bürünc medal qazanıblar.
Qeyd edək ki, hər iki karateçimizin şəxsi məşqçisi Sənan Cəfərovdur.
Karateçilərimiz Xorvatiyaya yollanıb
Milli Paralimpiya Komitəsi ilə Azərbaycan Karate Federasiyası arasında əməkdaşlıq Memorandumu
21 yaşadək karateçilərdən ibarət millimizdə yeni təyinat
Azərbaycan idmançıları Tokioda dünya çempionatında iştirak edəcək
Müstəqillik Gününə həsr olunmuş karate seminarı keçirilib