RU

İzmirdə meşə yanğını: Hava Limanı bağlandı

İzmirdəki meşə yanğınları səbəbilə Adnan Menderes Hava Limanı uçuşlara bağlanıb. 

Musavat.com xəbər verir ki, İzmirdə davam edən güclü meşə yanğınları səbəbindən Adnan Menderes Hava Limanı müvəqqəti olaraq uçuşlara bağlanıb. Bu barədə Türkiyə mediası məlumat yayıb.

Rəsmi məlumata görə, Gaziemir rayonunda və Menderes ilə Seferihisar bölgələri arasında yerləşən meşə massivlərində iki ayrı nöqtədə baş vermiş yanğın hələ də nəzarət altına alına bilməyib. Hava şəraiti – xüsusilə güclü külək və alovun geniş əraziyə yayılması – yanğınsöndürmə işlərini çətinləşdirir.

Yanğının tüstüsünün hava məkanını təhlükəli hala gətirməsi və hava vasitələrinin söndürmə əməliyyatlarına aktiv cəlb olunması səbəbindən, saat 16:00-dan etibarən İzmir Adnan Menderes Hava Limanında təyyarələrin enməsi və qalxmasına icazə verilmir.

Qeyd olunur ki, İzmirdə eniş etməli olan bir sıra reyslər ətrafdakı alternativ hava limanlarına yönləndirilib. Yanğınların nəzarətə götürülməsindən sonra uçuşların normal rejimə qaytarılması gözlənilir.

Fövqəladə hallar xidmətləri və meşə mühafizə qüvvələri hazırda ərazidə intensiv şəkildə iş aparırlar. 

 

Musavat.com

 

Избранный
39
50
musavat.com

10Источники