RU

Bu uşaqlar mütləq eynək taxmalıdır

Uşaqlarda rast gəlinən çəplik problemi çox zaman anadangəlmə olsa da, bəzən uşaqlarda sonradan da inkişaf edə bilir. Bunu Metbuat.az-a açıqlamasında oftalmoloq Elnarə Məmmədova deyib. Həkimin sözlərinə görə, uşaqlarda çəpliğin yaranma səbəbləri arasında göz əzələlərinin zəif inkişafı, spazm, gözdaxili təzyiq və görmə zəifliyi xüsusi rol oynayır: “Müalicə üsulları isə vəziyyətdən asılı olaraq dəyişir – həm cərrahi yolla (əməliyyatla), həm də konservativ, yəni dərman müalicəsi ilə aparıla bilər,” – deyə Elnarə Məmmədova bildirib. Oftalmoloq əlavə edib ki, əgər çəplik anadangəlmədirsə və uşağın yaşı əməliyyata uyğundursa, cərrahi müdaxilə nəticə verə bilər: “Əməliyyatdan sonra görmə faizi yaxşılaşa və çəplik bərpa oluna bilər. Lakin mütləq qeyd etmək lazımdır ki, əməliyyatdan sonra uşaq daimi olaraq eynək taxmalıdır,”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
6
7
metbuat.az

10Источники