RU

Kalın HƏMAS rəsmisi ilə danışıqlar apardı

Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın HƏMAS Siyasi bürosunun rəhbəri Məhəmməd Dərvişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə danışıqlar aparıb.

Axar.az xəbər verir ki, bu barədə "Milliyet" məlumat yayıb.

Məlumata görə, tərəflər Qəzzadakı humanitar vəziyyəti müzakirə ediblər:

"Türkiyə və beynəlxalq ictimaiyyətin humanitar fəlakətə son qoyulması və bölgəyə yardımın çatdırılmasını təmin etmək səyləri müzakirə edilib. Bundan əlavə, onlar müxtəlif Fələstin qrupları arasında konsensusun əldə edilməsi perspektivlərinə və Qəzzada davamlı atəşkəsin yaradılması üçün lazım olan addımlara toxunublar".

Избранный
59
50
axar.az

5Источники