AZ

Ərdoğan Zelenski ilə Rusiya ilə Ukrayna arasında aparılan danışıqları müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı apararaq İstanbulda Rusiya Federasiyası ilə növbəti görüşü müzakirə edib.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan nümayəndə heyətləri arasında baş tutan görüşlərdən sonra liderlər səviyyəsində görüşlərin keçirilməsinə çağırıb.

Onlar həmçinin Ukrayna, Rusiya, Türkiyə və ABŞ liderləri səviyyəsində dördtərəfli görüşün təşkili imkanlarını da müzakirə ediblər.

Ərdoğanın Zelenski ilə telefon danışığı zamanı Türkiyə ilə Ukrayna arasındakı ikitərəfli əlaqələrin, regional və qlobal hadisələrin müzakirə edildiyi bildirilir.

Ərdoğan həmçinin Türkiyənin Ukrayna ilə Rusiya arasında ədalətli və davamlı sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini, Türkiyənin İstanbulda iki ölkə nümayəndə heyətləri arasında başlayan danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu, İstanbulda danışıqlarda razılaşdırılan məhbus mübadiləsinin qısa zamanda həyata keçirilməsindən məmnun olduğunu bildirib.

İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda mümkün atəşkəsin müzakirəsinin sülhə zəmin yaradacağını vurğulayan Ərdoğan, hər iki ölkənin güclü nümayəndə heyətləri ilə görüşə qatılmasının sülh yolunda verilən qərarın davamı üçün vacib olduğunu bildirib.

phrase_var_article.chosen
130
50
apa.az

5phrase_var_article.sources