RU

FIFA Klub Dünya Kuboku: “Çelsi” və “Palmeyras” 1/4 finalda

Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.

Arena.az xəbər verir ki, ötən gecə 1/8 final mərhələsinə start verilib.

İlk 1/4 finalçı Avropa komandalarının duelində müəyyənləşib. “Benfika”nın “Çelsi” ilə görüşü pis hava şəraiti üzündən uzun müddət dayandırılıb. “Çelsi” 64-cü dəqiqədən hesabı açıb. Fırtına təhlükəsi üzündən yaranan fasilədən portuqaliyalılar özünə gəliblər. 85-ci dəqiqədən etibarən dayandırılan matç bərpa olunduqdan sonra “Benfika” hesabı bərabərləşdirməyi bacarıb. Anxel Di Mariya 90+5-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Nəticədə qalibi əlavə vaxtda müəyyənləşdirmək lazım gəlib. Burada londonlular daha amansız olublar və matç onların 4:1 hesablı qələbəsi ilə bitib.

Digər matçda Braziliyanın “Palmeyras” və “Botafoqo” komandaları üz-üzə gəliblər. Əsas vaxtı bərabərliklə başa çatmış görüşdə qalib əlavə vaxtda məlum olub. Oyuna artırılmış dəqiqələrdə hesabı açan “Palmeyras” minimal hesablı qələbə sayəsində 1/4 finala yüksəlib.

Qeyd edək ki, “Çelsi” 1/4 finalda “Palmeyras”la qarşılaşacaq.

FIFA Klub Dünya Kuboku iyulun 13-dək davam edəcək. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.

FIFA Klub Dünya Kuboku
1/8 final

Benfika (Portuqaliya) – Çelsi (İngiltərə) 1:4
Qollar: Anxel Di Mariya, 90+5 – Ris Ceyms, 64. Kristofer Nkunku, 108. Pedro Neto, 114. Kirnan Dyusberi-Holl, 117.

Palmeyras (Braziliya) – Botafoqo (Braziliya) 1:0
Qol: Paulinyo, 100.

Избранный
55
20
arena.az

10Источники