ain.az bildirir, Fanat portalına istinadən.
İngiltərə yığması gənclər arasında futbol üzrə Avropa çempionatının final oyununda Almaniyaya əlavə vaxtdan sonra 3:2 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, final matçı Slovakiyada keçirilib.
Qaliblərin qollarını Harvi Elliott (5-ci dəqiqə), Omari Hatçinson (25) və Conatan Rou (92) vurub. Almaniyadan Nelson Viper (45+1) və Pol Nebel (61) fərqlənib.
Üçüncü yeri Niderland və Fransa komandaları bölüşüblər.
İngiltərə yığması ardıcıl ikinci dəfə turnirin qalibi olub. 2023-cü ildə İngiltərə komandası finalda ispanları məğlub edib (1:0).
Turnirdə qələbələrin sayına görə rekordçular hərəyə beş dəfə gənclər arasında Avropa çempionatının qalibi olmuş İspaniya və İtaliya komandalarıdır. İngiltərə komandası dördüncü, almanlar üç dəfə kuboku qazanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.