AZ

Ardıcıl ikinci Avropa çempionluğu – İngiltərədən

İngiltərə yığması gənclər arasında futbol üzrə Avropa çempionatının final oyununda Almaniyaya əlavə vaxtdan sonra 3:2 hesabı ilə qalib gəlib.

Msport.az xəbər verir ki, final matçı Slovakiyada keçirilib.

Qaliblərin qollarını Harvi Elliott (5-ci dəqiqə), Omari Hatçinson (25) və Conatan Rou (92) vurub. Almaniyadan Nelson Viper (45+1) və Pol Nebel (61) fərqlənib. Üçüncü yeri Niderland və Fransa komandaları bölüşüblər.

İngiltərə yığması ardıcıl ikinci dəfə turnirin qalibi olub. 2023-cü ildə İngiltərə komandası finalda ispanları məğlub edib (1:0).

Turnirdə qələbələrin sayına görə rekordçular hərəyə beş dəfə gənclər arasında Avropa çempionatının qalibi olmuş İspaniya və İtaliya komandalarıdır. İngiltərə komandası dördüncü, almanlar üç dəfə kuboku qazanıb.

Seçilən
0
6
msport.az

7Mənbələr