RU

Klublararası dünya çempionatında hava şəraitinə görə oyun dayandırıldı

Klublararası dünya çempionatının 1/8 final mərhələsində keçirilən “Benfika” – “Çelsi” matçı ildırım və göy gurultusu səbəbilə dayandırılıb.

Sportal.az xəbər verir ki, hakim oyunu 86-cı dəqiqədə saxlayıb. Dayandırılan anda hesab “Çelsi”nin xeyrinə 1:0 idi. Qarşılaşma Şarlott şəhərindəki “Bank of America” stadionunda keçirilir.

Məcburi fasilənin təxminən 30 dəqiqə davam edəcəyi bildirilir.

Qeyd edək ki, ABŞ-da keçirilən klub dünya çempionatı matçları bir neçə dəfə hava şəraitinə görə dayandırılıb.

saytlarin hazirlanmasi

Избранный
26
sportal.az

1Источники