Klublararası dünya çempionatının 1/8 final mərhələsində keçirilən “Benfika” – “Çelsi” matçı ildırım və göy gurultusu səbəbilə dayandırılıb.
Sportal.az xəbər verir ki, hakim oyunu 86-cı dəqiqədə saxlayıb. Dayandırılan anda hesab “Çelsi”nin xeyrinə 1:0 idi. Qarşılaşma Şarlott şəhərindəki “Bank of America” stadionunda keçirilir.
Məcburi fasilənin təxminən 30 dəqiqə davam edəcəyi bildirilir.
Qeyd edək ki, ABŞ-da keçirilən klub dünya çempionatı matçları bir neçə dəfə hava şəraitinə görə dayandırılıb.
saytlarin hazirlanmasi