RU

İbrahim Borçalının oğlunun ölümündən əvvəl yazdığı məktub ortaya çıxdı

Müğənni İbrahim Borçalı dünyasını dəyişən oğlu Rəhimin vəfatından əvvəl yazdığı məktubu paylaşıb.

Axşam.az xəbər verir ki, sənətçi məktubun övladı tərəfindən anası Zöhrə xanıma yazıldığını bildirib. O qeyd edib ki, onu illər sonra qızı ortaya çıxardıb:

“Bu məktub illər əvvəl oğlumun anasına ad günü üçün yazdığı məktubdur. Uşaq ürəyi ilə, saf duyğularla… Həmin məktubu qızım 5 il boyunca gizlədib, verməyə cəsarət etməmişdi. Bu il isə istəyini yerinə yetirib ad günündə qardaşının səsini yenidən bizə yaşatdı. Bunu bu gün bizimlə bölüşərək göz yaşları ilə olsa da, bizi çox sevindirdin. Qürur duyuram səninlə, qızım. Oğlum, nur içində yat. Sözlərin bu gün bizi sənə yaxınlaşdırdı”.

Qeyd edək ki, İ.Borçalının oğlu bir neçə il əvvəl avtomobil qəzasında vəfat edib.

Избранный
24
7
bizimshow.az

9Источники