Bakı. Trend:
Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və HamitKaplanın xatirə turniri davam edir.
Trend xəbər verirki, bu gün sərbəst güləş üzrə yarışa start verilib.
Ali Tsokayev 86 kq-da uğurlu debüt edib. Belə ki, bütünrəqiblərinə qalib gələn yığmamızın üzvü fəxri kürsünün ən yüksəkpilləsinə qalxıb. Bununla da memorialda qazanılan medalların sayı8-ə çatıb. Ötən gün yunan-Roma güləşində 2 gümüş, 1 bürünc, qadıngüləşində isə 1 gümüş və 2 bürünc medal əldə edilib.
Ənənəvi turnirin son günündə millinin 5 üzvü xalçayaçıxacaq.