RU

Avropa Liqası: "Sabah"ın oyunlarının hakimləri açıqlandı

"Sabah"ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Çelye" ilə keçirəcəyi oyunların hakimləri açıqlanıb.

Sportal.az xəbər verir ki, Bakıdakı ilk matçı Daniyar Saxinin rəhbərlik etdiyi Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Yan xətt hakimləri Samat Terqeussizov və Sergey Klaçyov olacaq. Dördüncü hakim funksiyasını Saken Baiymbet icra edəcək.

Sloveniyada baş tutacaq cavab görüşündə bolqarıstanlı ədalət təmsilçiləri iş başında olacaq. Matçı Draqomir Draqanov idarə edəcək. Ona laynsmanlar Xristo Hacıyiski və Krasimir Atanasov köməklik göstərəcək. Martin Zivkov Velikov isə dördüncü hakim olacaq.

Qeyd edək ki, "Sabah" ”Çelye" ilə ilk oyunu iyulun 10-da Bakıda keçirəcək. Komandalar arasındakı cavab görüşü isə 1 həftə sonra Sloveniyada baş tutacaq.

saytlarin hazirlanmasi

Избранный
15
1
sportal.az

4Источники