AZ

“Sabah”ın Avropa Liqası matçına təyinatlar bilindi

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində baş tutacaq “Sabah” – “Çelye” (Sloveniya) matçlarının hakimləri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, iyulun 10-da “Bank Respublika” arenada keçiriləcək görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Daniyar Saxi olacaq. Ona yan xətt hakimləri Samat Terqeussizov və Sergey Klaçyov kömək edəcək. Dördüncü hakim funksiyasını Saken Baiymbet yerinə yetirəcək.

İyulun 17-də Sloveniyada baş tutacaq cavab görüşü isə Bolqarıstandan olan hakimlər idarə edəcək. Baş hakim Draqomir Draqanov olacaq. Ona yan xətt hakimləri Xristo Hacıyiski və Krasimir Atanasov yardım edəcək. Dördüncü hakim funksiyasını Martin Zivkov Velikov yerinə yetirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
futbolpress.az

4Mənbələr