Goranboy rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, Goranboy rayonunun Hazırəhmədli kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı 12m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.