AZ

Sabirabad və Masallıda yanğın oldu

BAKI, 26 iyun. TELEQRAF

Sabirabad rayonunun Nizami kəndində “ГАЗель” markalı yük avtomobilinin mühərriki və idarəetmə lövhəsi yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Masallı rayonunun Birinci Səmədxanlı kəndində ümumi sahəsi 66 m² olan tövlənin yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Tövlənin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
133
5
teleqraf.com

10Mənbələr