Bakı. Trend:
Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”,“Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin ortaqiymətlərində azalma qeydə alınıb.
Trend xəbərverir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən"Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə iləmüqayisədə 5,31 ABŞ dolları və ya 7,2% azalaraq, 74,18 dollar/bareltəşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 80,08dollar/barel, minimum isə 72,12 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında"Azeri Light" markalı xam neftin orta qiyməti 72,87 dollar/bareltəşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 5,26 ABŞdolları və ya 7,2% azdır. Sözügedən dövr ərzində bu markalı xamneftin maksimal qiyməti 78,72 dollar/barel, minimum isə 70,80dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə iləmüqayisədə 5,71 ABŞ dolları və ya 9,8% azalaraq 58,10 dollar/bareltəşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 64,27dollar/barel, minimum isə 55,97 dollar/barel olub.
Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiymətiəvvəlki həftə ilə müqayisədə 6,36 dollar və ya 8,9% ucuzlaşaraq, 71dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “DatedBrent” neftinin maksimal qiyməti 77,66 dollar/barel, minimum isə69,12 dollar/barel təşkil edib.
Neftin növü / tarix | 23.06.2025 | 24.06.2025 | 25.06.2025 | 26.06.2025 | 27.06.2025 | Orta qiymət |
Azeri LT CIF | $80,08 | $72,12 | $72,49 | $73,35 | $72,85 | $74,18 |
Azeri Light FOB Ceyhan | $78,72 | $70,80 | $71,17 | $72,01 | $71,53 | $72,87 |
Urals (EX NOVO) | $64,27 | $55,97 | $56,47 | $57,17 | $56,63 | $58,10 |
Dated Brent | $77,66 | $69,12 | $69,23 | $69,85 | $69,17 | $71,00 |