Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən azərbaycanlıların nəşlərinin vətənə gətirilməsi ilə bağlı tədbirlər görülür
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Rusiyada qətlə yetirilən soydaşlarımızın nəşinin Azərbaycana gətirilməsi ilə bağlı XİN-in Rusiyadakı Baş Konsulluğu tərəfindən müvafiq tədbirlər görülür:
"Həmyerlilərimizin nəşinin ölkəmizə nə zaman gətiriləcəyi isə hələlik məlum deyil." - deyə XİN-dən bildirilib.
Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı qardaşlar Ziyəddin və Hüseyn Səfərovları, eləcə də onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov OMON-çular tərəfindən döyülərək amansızcasına qətlə yetirilib.
Aytac Bəhruzqızı