AZ

Rusiyada öldürülən azərbaycanlıların nəşləri vətənə gətiriləcək XİN

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən azərbaycanlıların nəşlərinin vətənə gətirilməsi ilə bağlı tədbirlər görülür.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Modern.az- ın sorğusuna cavab olaraq verilən məlumata görə, Rusiyada qətlə yetirilən soydaşlarımızın nəşinin Azərbaycana gətirilməsi ilə bağlı XİN-in Rusiyadakı Baş Konsulluğu tərəfindən müvafiq tədbirlər görülür:

"Həmyerlilərimizin nəşinin ölkəmizə nə zaman gətiriləcəyi isə hələlik məlum deyil." - deyə XİN-dən bildirilib.

Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı qardaşlar Ziyəddin və Hüseyn Səfərovları, eləcə də onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov OMON-çular tərəfindən döyülərək amansızcasına qətlə yetirilib.

Aytac Bəhruzqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
2
modern.az

3Mənbələr