RU

Sezen Aksudan yeni albom - “Paşa Gönül Şarkıları”

Türk pop musiqisinin kraliçası, tanınmış sənətçiSezen Aksu 8 illik fasilədən sonra yeni mahnı albomu çıxarıb.


Kulis.az xəbər verir ki, “Paşa Gönül Şarkıları” adlı yeni alboma 16 mahnı daxil edilib.


Bu albom eyni zamanda sənətçinin sənətdəki 50-ci ildönümünə təsadüf edir. Albomda həm yeni bəstələr, həm də yenidən aranjiman olunaraq Sezen Aksunun ifasında təqdim edilən əvvəlki mahnıları yer alıb.


Qeyd edək ki, albomun tanıtım görüntüləri fotoqraf sənətçisi Osman Yalın tərəfindən çəkilib, albomun üz qabığı dizaynı isə Ali Tarana məxsusdur.

Избранный
11
kulis.az

1Источники