BAKI, 28 iyun. TELEQRAF
Azərbaycanda polis əməkdaşları tərəfindən itkin düşən şəxslərin tapılması istiqamətindən tədbirlər görülür.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
İyunun 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılıb.
Onlar aidiyyəti üzrə təhvil veriliblər.