RU

Mask Tesla sürücüsüz taksisinin ilk avtonom çatdırılmasını elan etdi

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Tesla"nın baş direktoru İlon Mask, "Tesla Model Y"nin ilk tam avtonom çatdırılmasının planlaşdırılmış tarixdən bir gün əvvəl həyata keçirildiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Mask "X" sosial şəbəkəsində yazıb.

"Yeni xidmət olan "Tesla Model Y"nin ilk tam avtonom çatdırılması fabrikdən müştərinin evinə bir gün əvvəl reallaşdırıldı!" - deyə o qeyd edib.

Mask "Tesla" şirkətinin proqram təminatı və süni intellekt çip istehsalı üzrə mühəndislərini layihənin uğurla həyata keçirilməsi münasibətilə təbrik edib.

ABŞ-da "Tesla" 2020-ci ildən fəaliyyət göstərən "Waymo" (Google) adlı avtonom taksi xidməti ilə rəqabət aparacaq. Dünya bazarında isə, Maskın şirkətinə Çin mənşəli "Apollo Go", "WeRide" və "Pony AI" kimi şirkətlər rəqib olacaq.

2016-cı ildə Mask "Tesla" investorlarına ilk dəfə şirkətin təxminən bir il ərzində sərnişinləri tam təhlükəsiz şəkildə daşıya bilən avtonom avtomobil təqdim edəcəyini açıqlamışdı, amma bu günə qədər o, satışa çıxarılmayıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
50
bizimyol.info

10Источники