Arda həmin müsahibədə bunları deyib:
''Dinamo''nun önəmli bir rəqib olduğunu bilirəm. Onlara böyük hörmətim var. Hədəfim onların bir daha çempionluq görməmələrinə nail olmaqdı''.
Türkiyəli məşqçinin bu sözləri hədsiz özündənrazılıq kimi qiymətləndirilib. Ukrayna futbolunun bir çox önəmli ismi ilk müsahibədən belə iddialı açıqlama verməyin yanlış olduğunu bildirib. Bu arada Ardanın sözlərinə ''Dinamo''nun veteranı və əfsanəsi sayılan Andrey Yarmolenko da münasibət bildirib. Kiyev nəhəngində 12-ci mövsümünü keçirməyə hazırlaşan 35 yaşlı futbolçu ötən mövsüm Avropa Liqasında səfərdə ''Qalatasaray''a qarşı oyunda dubl etmiş və ''Dinamo''nun İstanbuldan 3:3-lük bərabərliklə ayrılmasında mühüm rol oynamışdı. Yarmolenko bunları deyib: ''Bu sözlər məndə hansı emosiyalar yaratdı? Yalnız bir emosiyaya səbəb oldu. Bu sözlər bizim tamamilə düzgün yolda irəlilədiyimizi göstərir. Çünki ''Şaxtyor'' yeni bir məşqçi gətirir və bu məşqçi ilk müsahibəsində ''Dinamo''dan danışmağa başlayır. Bu, bizim üçün müsbət haldı''.
Qeyd edək ki, ''Dinamo'' son çempiondu. ''Şaxtyor'' isə ötən mövsümü 3-cü pillədə tamamladı və uzun illərdən sonra ilk dəfə Çempionlar Liqasından kənar qaldı.