AZ

Hakan Çalhanoğlu sükutu pozdu: Prezidentin açıqlamasına belə cavab verdi

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu sosial şəbəkə hesabında paylaşım edib.

Publika.az xəbər verir ki, türkiyəli futbolçu klub prezidenti Cüzeppe Marottanın onun mümkün gedişi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

"Çempionlar Liqasının finalında aldığım zədədən sonra ABŞ-a komanda ilə yollanmaq qərarı verildi. Meydana çıxa bilməsəm də, orada olmaq mənim üçün vacib idi. Komandama yaxın olmaq, onlara dəstək vermək istəyirdim. Təəssüf ki, ABŞ-dakı məşqlər zamanı əzələmi qopardım. Məhz bu səbəbdən klublararası dünya çempionatında iştirak edə bilmədim. Heç bir gizli məqam yoxdur.

Dünən uduzduq. Bu, acıdır. Təkcə futbolçu kimi yox, bu komandaya ürəklə bağlı biri kimi də mənim üçün ağrılıdır. Oyundan dərhal sonra bəzi komanda yoldaşlarıma zəng edib dəstəyimi bildirdim. Çünki kimisə önəmsəyirsənsə, onu dəstəkləyərsən.

Lakin bundan sonra səsləndirilən sözlər məni təəccübləndirdi. Kobud sözlər, birləşdirən yox, ayıran sözlər. Karyeram boyu heç vaxt bəhanə gətirməmişəm. Məsuliyyəti üzərimə götürmüşəm. Ağrılarla oynamışam. Çətin anlarda etibar ediləcək biri olmağa çalışmışam. Həm meydanda, həm də meydandan kənarda hörmətlə davranmışam. Məncə, həm futbolda, həm həyatda əsl güc emosiyalar yüksək olanda belə hörmət göstərməkdədir.

Heç vaxt bu kluba xəyanət etməmişəm. "İnter"də bədbəxt olduğumu da deməmişəm. Mənə çox cazibədar təkliflər gəlib. Amma qalmışam. Çünki bu formanı nə qədər dəyərləndirdiyimi bilirəm. Və düşünürəm ki, bunu davranışlarımla da sübut etmişəm. Milli komandada kapitanlıq etmək şərəfini yaşadım. Və öyrəndim ki, lider olmaq çətin anlarda barmaqla göstərmək deyil, dəstək olmaqdır.

Seçilən
2
47
publika.az

10Mənbələr