RU

Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat: 50-yə yaxın şəxs TUTULDU

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları (OMON dəstələri) tərəfindən azərbaycanlılara qarşı əməliyyat keçirilib. 

Modern.az-ınməlumatına görə, şəhər sakinləri Rusiya KİV-ə bildirib ki, onlarla azərbaycanlı saxlanılaraq Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinə aparılıb.

İddiaya gorə, saxlanılanlar arasında 2001-ci ildə baş vermiş və uzun illər bağlı qalmış qətl hadisəsinin əsas şübhəlisinin də olduğu bildirilir.

İstintaq Komitəsinin məlumatına görə, hadisə ilə əlaqədar yenidən açılmış cinayət işi çərçivəsində xüsusi əməliyyatlar həyata keçirilir.  Rəsmi məlumatda bildirilir ki, istintaq tədbirləri çərçivəsində bir sıra şəxslərin yaşadıqları ünvanlarda axtarış aparılıb, bir neçə nəfər isə müxtəlif cinayətlərdə iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.

Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə idarəsi və Daxili İşlər Nazirliyinin regional bölməsi əlavə məlumatların istintaqın məxfiliyinə görə açıqlanmayacağını bildirib.

Xatırladaq ki, bu, bölgədə azərbaycanlılara qarşı aparılan ilk genişmiqyaslı əməliyyat deyil. Yerli mətbuat daha əvvəl də nazirlik rəsmilərinə qarşı sui-qəsddə şübhəli bilinənlərin oxşar şəkildə saxlanıldığını yazıb.

Qeyd edək ki, ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli APA-ya açıqlamasında Yekaterinburqda qardaşları Ziyəddin və Hüseyn Səfərovların OMON dəstəsi tərəfindən öldürüldüyünü deyib.

“İki qardaşımı da işgəncə ilə öldürüblər”, - deyə Seyfəddin Hüseynli bildirib.

Избранный
8
50
modern.az

10Источники