AZ

Bu, Rusiya dövlətinin bu məsələni azərbaycanlılar arasında kriminal hadisəyə çevirmək cəhdidir – Seyfəddin Hüseynli

Bakı. Trend:

Hadisə yerində Azərbaycan konsulluğu, diaspor nümayəndələri,diplomatik nümayəndələrimiz bu gün səhər saatlarından çox aktivfəaliyyətə başlayıblar.

Bunu Trend-əaçıqlamasında ötən gün Rusiya Federasiyasının Yekaterinburqşəhərində qətlə yetirilən azərbaycanlıların qardaşı SeyfəddinHüseynli deyib.

“Azərbaycandan da dövlətin xüsusi diqqəti oldu. Xarici İşlərNazirliyi də bəyanat yaydı. Bundan sonra kimin harada saxlanılıbişgəncələrə məruz qalması, hətta cənazələrin təxminən nə vaxttəhvil veriləcəyi ilə bağlı bəzi məlumatlar verilib. Azərbaycandadövlət qurumları şəxsən mənimlə əlaqə saxlayıblar, biz orada dadəstəyi hiss edirik. Mən ağır günümdə qürurla deyirəm ki,dövlətimizin qurumları orada insanlarımızın yanındadırlar. Budəstəyi orada hiss edirik”, - deyə o bildirib.

S.Hüseynli əlavə edib ki, Rusiya tərəfi cənazələrin göndərilməsiilə bağlı əvvəl məlumat verməyib:

“Sadəcə bu gün məlumat verdilər. Dedilər ki, bu gün ərzindəaxşamadək, daha sonra isə sabah və hətta ondan sonra da saxlamaqehtimalı var. Müəyyən sənədləşmə prosesi olmalıdır. Yəqin ki, yaxın1-2 gündə reallaşa bilər”.

S.Hüseynli qeyd edib ki, hazırda Bakıdadır, qardaşları,qohumları isə digər soydaşlarımız kimi Yekaterinburqdayaşayıblar.

“Daha əvvəl qardaşlarıma qarşı da heç bir təhlükə olmayıb.Onlarla iki gün bundan əvvəl deyib gülərək danışmışam. Heç birtəhükə, təhdid, hədədən söhbət gedə bilməz. Nümunəvi dinc vətəndaşolublar. Diaspor nümayəndəsi kimi bacardıqca Azərbaycanınmənafeyini də qoruyublar. Rusiyaya da nümunəvi vətəndaşlıq ediblər,orada özləri, övladları hərbi xidmət keçibər. Bu, Rusiya dövlətininbu məsələni azərbaycanlılar arasında kriminal bir hadisəyə çevirməkcəhdidir”, - deyə o fikrini tamamlayıb.

Seçilən
6
50
az.trend.az

10Mənbələr