Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə buraxılacaq.
Referans bildirir ki, bu barədə “Report”a aktyorun bacısı Dilarə Əliyeva məlumat verib.
Onun sözlərinə görə, Vüsal Murtuzəliyevin səhhəti yaxşıdır:
“Düşünürəm ki, sabah xəstəxanadan evə aparacağıq”, – o əlavə edib.
Xatırladaq ki, Vüsal Murtuzəliyev iyulun 19-u xəstəxanaya yerləşdirilmişdi. Ona dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilmişdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта