AZ

Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə buraxılacaq

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə buraxılacaq.

Bu barədə "Report"a aktyorun bacısı Dilarə Əliyeva məlumat verib.

Onun sözlərinə görə, Vüsal Murtuzəliyevin səhhəti yaxşıdır:

"Düşünürəm ki, sabah xəstəxanadan evə aparacağıq", - o əlavə edib.

Xatırladaq ki, Vüsal Murtuzəliyev iyulun 19-u xəstəxanaya yerləşdirilmişdi. Ona dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilmişdi.

Seçilən
39
14
news24.az

10Mənbələr