RU

“Qazprom” 2024-cü il mənfəətinə baxmayaraq dividend verməyəcək

“Qazprom”un səhmdarları illik ümumi yığıncaqda 2024-cü il üçün dividendlərin elan edilməməsi və ödənilməməsi barədə qərar qəbul ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“Qazprom” 2024-cü ilin yekunlarına əsasən, şirkətin səhmdarlarına aid olan Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMS) üzrə xalis mənfəəti 1,219 trilyon rubl olub. Bu göstərici əvvəlki ilin 629 milyard rubl zərərindən xeyli yüksəkdır. Nağdsız hesablanan xalis mənfəət isə 1,433 trilyon rubl təşkil edib ki, bu da 2023-cü ilin göstəricisindən iki dəfə çoxdur.

Bir qədər əvvəl “Qazprom”un idarə heyəti də dividend ödənişindən imtina etməyi tövsiyə etmişdi.

Избранный
44
19
nocomment.az

10Источники