Bütün dünyada mərkəzi banklar dollardan tədricən imtina edərək qızıl, avro və yuana üstünlük verməyə planlaşdırırlar.
Publika.az fed.az-a istinadən xəbər verir ki, Valyuta Maliyyə İnstitutlarının rəsmi Forumu (OMFIF) tərəfindən aparılan araşdırma göstərib ki, dünyadakı hər 3 mərkəzi bankdan biri qarşıdakı 1-2 il ərzində qızıla yatırımı artırmaq niyyətindədir.
Qarşıdakı 10 il ərzində isə mərkəzi bankların 40%-i qızıl ehtiyatını artırmaq niyyətindədir.
Bundan əvvəlki araşdırmada liderlik edən ABŞ dolları isə bu il mərkəzi bankların seçimində 7-ci yerə düşüb. Rəyi soruşulanların 70%-i bildirib ki, ABŞ-dakı siyasi şərait onları dollara investisiyalardan imtina etməyə məcbur edir.