AZ

Dünyanın mərkəzi bankları bu səbəbdən dollardan imtina edirlər


Bütün dünyada mərkəzi banklar dollardan tədricən imtina edərək qızıl, avro və yuana üstünlük verməyə planlaşdırırlar.

News24.az fed.az-a istinadən xəbər verir ki, Valyuta Maliyyə İnstitutlarının rəsmi Forumu (OMFIF) tərəfindən aparılan araşdırma göstərib ki, dünyadakı hər 3 mərkəzi bankdan biri qarşıdakı 1-2 il ərzində qızıla yatırımı artırmaq niyyətindədir.

Qarşıdakı 10 il ərzində isə mərkəzi bankların 40%-i qızıl ehtiyatını artırmaq niyyətindədir.

Bundan əvvəlki araşdırmada liderlik edən ABŞ dolları isə bu il mərkəzi bankların seçimində 7-ci yerə düşüb. Rəyi soruşulanların 70%-i bildirib ki, ABŞ-dakı siyasi şərait onları dollara investisiyalardan imtina etməyə məcbur edir.

Bu şaxələndirmədən ən çox faydalanan avro və yuan olacaq: Mərkəzi Bankların 16%-i qarşıdakı 2 il ərzində avroya yatırımları artırmaq niyyətindədir. Çin yuanına yatırımlar isə qarşıdakı dövrdə 2 dəfə artaraq bütün ehtiyatların 6%-ə yüksələcək.




Seçilən
5
2
news24.az

3Mənbələr