RU

İsrailə İranla münaqişədən dəyən zərər ən azı 3 milyard dollardır

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranla son silahlı qarşıdurma nəticəsində İsrailə dəyən ziyan təxminən 3 milyard dollar təşkil edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi İsrail Maliyyə Nazirliyi və Vergilər İdarəsinin hesablamalarına istinadla məlumat yayıb.

 Mənbələrin bildirdiyinə görə, bu məbləğ atəş zamanı zədələnmiş mülki infrastrukturun bərpası, eləcə də, zərər çəkmiş bizneslərin kompensasiyası xərclərini əhatə edir.

Bununla belə, hesablamaya münaqişədə istifadə olunan silah və hava hücumundan müdafiə sistemlərinin ehtiyatlarının artırılması xərcləri daxil deyil.

“Bu, görünməmiş bir hadisədir - İsrail indiyə qədər heç vaxt belə miqyasda zərərlə üzləşməyib”, - Vergi İdarəsinin direktoru Şay Aaronoviç bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
yeniavaz.com

1Источники