RU

Ter Petrosyan katolikosu hakimiyyətin təxribatlarına uymamağa çağırıb Media

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan katolikosla keçirdiyi görüşdə onu sakit olmağa və hakimiyyətin hücumları kontekstində təxribatlara boyun əyməməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Joqovurd" nəşri yazır.

Siyasətçi ruhani liderə deyib ki, hakimiyyətin öz iradəsini Kilsəyə diktə etmək hüququ yoxdur, çünki Konstitusiyaya görə, Erməni Apostol Kilsəsi (EAK) dövlətdən ayrıdır.

Qəzetin yazdığına görə, Ter-Petrosyan da iddia edib ki, Nikol Paşinyanı yaxşı tanıyır, dayanmayacaq, “qışqıracaq, təhqir edəcək, təxribat törədəcək”, amma kilsə soyuqqanlılığını itirməməlidir.

II Qaregin bildirdi ki, son vaxtlar ona vaxtaşırı təhdidlər və xəbərdarlıqlar gəlir, onu rəhbərlikdən getməyin qurtuluş olcağına inandırmağa çalışırlar, şantaj edirlər, lakin o, müqavimət göstərməkdə davam edir.

Qəzey yazır ki, son həftələrdə baş nazir kilsənin ən yüksək iyerarxlarına açıq şəkildə hücum edir. Belə ki, mayın 29-da hökumətin iclasında baş nazir Nikol Paşinyan bir sıra kilsələrin vəziyyətini tənqid edərək, onları “zibillə dolu şkaflar” adlandırıb. Ertəsi gün o, arxiyepiskoplardan birini əxlaqsızlıqda ittiham edərək, erməni apostol kilsəsinə və ruhanilərə ünvanlanan sərt yazı dərc edib. Daha sonra onun həyat yoldaşı Anna Akopyan da katolikos və dindarlar haqqında təhqiramiz ifadələr işlədib, II Qaregini “əsas mafioz”, onun tərəfdarlarını isə “ölkənin əsas pedofilləri” adlandırıb.

İyunun 9-da baş nazir daha da irəli gedərək, bütün ermənilərin katolikosunu açıq şəkildə onun subaylığını pozmaqda ittiham edərək, övladı olduğunu bildirdi. Paşinyan sübut təqdim etməklə hədələyib və ruhani lideri istefaya, dindarları isə “patriarxal iqamətgahı boşaltmağa” çağırıb. Bu açıqlamalar din adamlarının kəskin reaksiyasına səbəb olub. Qalmaqalın fonunda baş nazir EAK rəhbərinin seçilməsi prosedurunun dəyişdirilməsini təklif edib. Onun təklif etdiyi seçki prosesində dövlətin həlledici səsə malik olması, namizədlər inisə etik yoxlamadan keçsi qeyd edilir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
icma.az

1Источники