Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu böyük oğlu Avnerin gözlənilən toyunu İran rəhbərliyini çaşdırmaq və qarşıdan gələn hərbi əməliyyatlardan yayındırmaq məqsədilə planlı şəkildə istifadə edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) İsrail və ABŞ kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, əməliyyatdan bir neçə gün əvvəl Netanyahu 16 iyun tarixində oğlunun toyunu qeyd etmək üçün məzuniyyətə çıxdığını bəyan edib. "WSJ" yazır ki, bu addım Tehranda İsrailin siyasi rəhbərliyi və ümumi vəziyyəti ilə bağlı yanlış təsəvvür yaratmaq üçün atılıb. Baş nazirin “toya hazırlaşdığı” xəbərləri İranın 17 iyuna qədər hücum gözləməməsinə hesablanmışdı.
Ən diqqətçəkən məqamlardan biri isə odur ki, Netanyahunun yaxın çevrəsi, o cümlədən oğlu Avner belə, onun toya gəlməyəcəyindən və tədbirin döyüş əməliyyatlarına görə təxirə salınacağından xəbərsiz olub.
"WSJ" qeyd edir ki, bu toy hekayəsi daha geniş miqyaslı bir dezinformasiya kampaniyasının tərkib hissəsi olub. Məqsəd – İran rəhbərliyini yanlış istiqamətə yönəltmək idi. İsrail və ABŞ mətbuatı Netanyahu ilə ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında guya fikir ayrılığı yaşandığını yazmağa başlayıb. Bu sızdırılmış xəbərlərə əsasən, guya Ağ Ev İsrailin İrana hücum planlarına qarşı çıxırdı və yəhudi dövləti Vaşinqtonun dəstəyi olmadan bu addımı atmaqdan çəkinirdi. Tramp da öz çıxışlarında sonadək İranın nüvə proqramı ilə bağlı məsələlərin diplomatik yolla həll olunmasını dəstəklədiyini bildirirdi.
19 iyun tarixində İsrail mediasına danışan Netanyahu bildirib ki, İranın cavab zərbələri zamanı ailəsi də "şəxsi qiymət" ödəyib. Onun sözlərinə görə, Avner ikinci dəfə toyunu raket təhlükəsinə görə təxirə salmağa məcbur qalıb.
İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Cəmi bir sutka sonra İran cavab hücumuna keçib. ABŞ isə münaqişəyə doqquz gün sonra, 22 iyun gecəsi qoşulub və İranın üç nüvə obyektinə zərbələr endirib. 23 iyun axşamı isə Tehran Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük hərbi bazası sayılan ABŞ-a məxsus Əl-Üdeyd aviabazasını raketlə vurub. Hadisələrdən sonra Tramp açıqlama verərək İsrail və İranın atəşkəsə razılaşdığını bildirib.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.