Bakının Yasamal rayonunda, güclü partlayış və yanğın baş vermiş C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının pirotexnika anbarından yeni görüntülər yayılıb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, videoda anbarda partlamamış xeyli sayda patron görünür.
Hadisə yerində olan mütəxəssislər bildiriblər ki, patronların başlıqları yoxdur, içi də boşdur (barıtsızdır), həmçinin anbarda tüstü şaşkaları da saxlanılıb.