Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.
Arena.az xəbər verir ki, ötən gecə qrup mərhələsinə yekun vurulub.
Belə ki, 1/8 finalda mübarizə aparacaq 16 komandanın hamısının adına aydınlıq gəlib.
Bu mərhələnin görüşləri iyunun 28-də başlayıb, iyulun 2-də başa çatacaq.
FIFA Klub Dünya Kuboku iyulun 13-dək davam edəcək. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.
FIFA Klub Dünya Kuboku
1/8 final
28 iyun
Palmeyras (Braziliya) – Botafoqo (Braziliya)
Benfika (Portuqaliya) – Çelsi (İngiltərə)
29 iyun
PSJ (Fransa) – İnter Mayami (ABŞ)
Flamenqo (Braziliya) – Bayern (Almaniya)
30 iyun
İnter (İtaliya) – Fluminense (Braziliya)
1 iyul
Mançester Siti (İngiltərə) – Əl-Hilal (Səudiyyə Ərəbistanı)
Real (Madrid, İspaniya) – Yuventus (İtaliya)
2 iyul
Borussiya (Dortmund, Almaniya) – Monterrey (Meksika)