RU

Polisdən Bakıdakı partlayışla bağlı AÇIQLAMA

Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib.

"Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Yanğının söndürülməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər görülür", – məlumatda qeyd olunub.

Избранный
17
16
far.az

10Источники