RU

Çıxarışı olmayan mənzilləri də sığortalamaq mümkün imiş... - Ekspertdən məsləhətVİDEO

Çıxarışı olmayan mənzilləri də sığortalamaq mümkündür.

Xezerxeber.az-ın xəbərinə görə, ekspertlər bildirirlər ki, əksər mənzil sahiblərinin bundan xəbərləri yoxdur. Yanğın və digər hallarda isə belə daşınmaz əmlak sahibləri çıxılmaz vəziyyətdə qalırlar.

Sığorta mütəxəssislərinin sözlərinə görə, daşınmaz əmlakın icbari sığortasına əsasən, çıxarışlı evlərin sahibləri müraciət edir. Ancaq ev hələ çıxarış almamış yeni binada və ya şəxsi torpaq mülkü olan evdirsə, mənzilin həmin şəxsin olduğunu sübut edən müqavilə və ya hər hansısa aidiyyəti olan bir qurumdan alınan sənədlə sığortalamaq mümkündür.

Eskpert həmçinin onu da bildirdi ki, əgər tikili qəzalı vəziyyətdə olarsa, sökülməsi ilə bağlı qərar olarsa, bu əmlakları icbarı qaydada sığortalamaq mümkün deyil.

Sığorta məbləğləri həm fərdi evlər üçün, həm də yaşayış binasında yerləşən mənzillər üçün eynidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
20
25
xezerxeber.az

10Источники