RU

Neftçilər Xəstəxanasında xəstəyə reanimasiyada yer tapılmayıb? –TƏBİB-dən CAVABVİDEO

Ağır vəziyyətdə olan xəstəni reanimasiya şöbəsinə yerləşdirmək istədilər, amma heç bir xəstəxanada yer tapılmadı.

Xezerxeber.az xəbər verir ki, hadisə ötən gün paytaxt sakini Fərhad Musayevin başına gəlib. Xəstənin qızı iddia edir ki, həkim atasının vəziyyəti ağır olduğuna görə onu Neftçilər Xəstəxanasında reansimasiya şöbəsinə yerləşdirməli olduqlarını bildirib. Amma xəstəyə orada, sonra isə ümumiyyətlə heçbir xəstəxanda yer tapmaq mümkün olmayıb.

Nəcibə Musayeva bildirir ki, həmin vaxt ona deyilib ki, xətəxanadan çıxın, sonra təcili yardımı çağırın, bəlkə tapılar. Həmin vaxt ətrafdakı insanlar bildirib ki, bu ilk olaraq onların başına gəlməyib. Mütəmadi olaraq belə hallar baş verir.

Xəstənin qızı bildirir ki, çarə olaraq özləri bir neçə özəl xəstəxanaya müraciət etdikdən sonra atasını xəstəxnaya yerləşdiriblər.

Məsələ ilə bağlı TƏBİB-dən “Xəzər Xəbər”ə mövqe bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
27
xezerxeber.az

1Источники