"Yaxın Şərqdə vəziyyət sakitləşir".
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Forumunda deyib.
“İnşallah, Yaxın Şərqdə vəziyyət indi sakitləşir və Allaha şükürlər olsun ki, İsraillə İran arasındakı münaqişə də keçmişdə qalıb”, - o deyib .
İyunun 13-nə keçən gecə İsrail İslam Respublikasındakı nüvə və hərbi obyektlərə zərbələr endirərək “Yüksələn Şir” əməliyyatına başlayıb. Tehran “Doğru vəd 3” əməliyyatı ilə cavab verib.