RU

Aktiv istehlakçının dəstəklənməsi mexanizmi “yaşıl enerji”yə keçiddə niyə perspektivli hesab olunur? - AÇIQLAMA

Bakı. Trend:

Aktiv istehlakçılar hesabat ili ərzində şəbəkəyə ötürdüklərienerjini növbəti aylarda əvəzləşdirə və ilin sonunda artıq elektrikenerjisi qalarsa dəyərini geri ala bilərlər.

Bunu Trend-əaçıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan EnerjiMənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsininmüdiri Cəbrayıl Əliyev deyib.

Şöbə müdiri vurğulayıb ki, aktiv istehlakçılar - elektrikenerjisi istehlak etməklə yanaşı təsərrüfat subyektlərində bərpaolunan enerji qurğuları ilə elektrik enerjisi istehsal edən, şəxsiistehlakını qarşılayan və artıq enerjini şəbəkəyə ötürə bilənfiziki və ya hüquqi şəxslər ola bilər.

"Belə ki, xüsusilə ev təsərrüfatları və kiçik müəssisələrdəgünəş panelləri və külək turbinləri kimi bərpa olunan enerjiqurğuları quraşdırılaraq təmiz enerjidən istifadə edilə bilər.Aktiv istehlakçılar hesabat ili ərzində (1 yanvar-31 dekabr)şəbəkəyə ötürdükləri enerjini növbəti aylarda əvəzləşdirə və ilinsonunda artıq elektrik enerjisi qalarsa, dəyərini Enerji TəchizatıMüəssisəsindən geri ala bilərlər. Bu sistem “yaşıl enerji”yə keçidprosesində böyük rol oynayır. Çünki bu mexanizm enerji istehsalınımərkəzləşdirilmiş istehsaldan şəbəkəyə paylanmış istehsala çevirirvə enerji istehsalını diversifikasiya edir", - deyə C.Əliyev qeydedib.

Onun sözlərinə görə, ölkəmizdə bu mexanizmin tətbiqinə gəldikdə,Nazirlər Kabinetinin Qərarı ilə “Aktiv istehlakçının dəstəklənməsimexanizminin tətbiqi Qaydaları” təsdiq edilib:

"Bu Qaydaların təsdiqi fiziki və hüquqi şəxslərə bərpa olunanenerji mənbələri hesabına gücü 150 kVt-a qədər (150 kVt da daxilolmaqla) avadanlıqlar vasitəsi ilə elektrik enerjisini həmistehlak, həm də istehsal etməyə imkanlar yaradır".

Избранный
18
1
az.trend.az

2Источники