RU

“İranın vurulmuş ərazilərdən uranı əvvəlcədən çıxardığına dair dəlil yoxdur”

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ müdafiə naziri Pit Hegset bildirib ki, Vaşinqtonun kəşfiyyatı İranın 22 iyun tarixində ABŞ-nin bombardmanına məruz qalan nüvə obyektlərindən zənginləşdirilmiş uranı əvvəlcədən çıxardığına dair məlumatlara malik deyil.

Yeniavaz.com xəbər verir ki, bu barədə o, Pentaqonda keçirilən mətbuat konfransında danışıb.

“Mən tanış olduğum heç bir kəşfiyyat məlumatında bu materialların yerləşməli olduqları yerdə olmaması, ya da əvvəlcədən çıxarılması barədə məlumat görməmişəm. Mən elə bir şey görməmişəm ki, bu, bizə istədiyimiz obyektlərə zərbə endirə bilmədiyimizi düşündürsün”, – deyə Hegset bildirib.

Qeyd edək ki, bundan əvvəl, ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, İran üç nüvə obyektindən zənginləşdirilmiş uranı çıxarmağa vaxt tapmayıb. Bu obyektlərə ABŞ super güclü bunker əleyhinə bombalarla zərbələr endirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
1
yeniavaz.com

2Источники