AZ

“İranın vurulmuş ərazilərdən uranı əvvəlcədən çıxardığına dair dəlil yoxdur”


ABŞ müdafiə naziri Pit Hegset bildirib ki, Vaşinqtonun kəşfiyyatı İranın 22 iyun tarixində ABŞ-nin bombardmanına məruz qalan nüvə obyektlərindən zənginləşdirilmiş uranı əvvəlcədən çıxardığına dair məlumatlara malik deyil.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, Pentaqonda keçirilən mətbuat konfransında danışıb.
“Mən tanış olduğum heç bir kəşfiyyat məlumatında bu materialların yerləşməli olduqları yerdə olmaması, ya da əvvəlcədən çıxarılması barədə məlumat görməmişəm. Mən elə bir şey görməmişəm ki, bu, bizə istədiyimiz obyektlərə zərbə endirə bilmədiyimizi düşündürsün”, – deyə Hegset bildirib.
Seçilən
1
1
yeniavaz.com

2Mənbələr