RU

Dünya milyarderlərinin sərvəti 34 trilyon dollara çatdı

2015-ci ildən bu yana dünyanın ən varlı 1%-lik təbəqəsinin sərvəti real ifadədə 33,9 trilyon dollara çatıb.

Axar.az xəbər verir ki, bu barədə beynəlxalq “Oxfam” təşkilatının yeni hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, şəxsi sərvətin astronomik artımı humanitar yardımların kəskin azaldılması fonunda baş verir.

Belə ki, G7 ölkələri 2026-cı ildə humanitar yardımları 2024-cü illə müqayisədə 28% azaldacaq. Bu isə 1960-cı ildən bəri qeydə alınan ən böyük ixtisar olacaq.

Mütəxəssislər bu tendensiyanın qlobal bərabərsizliyi daha da dərinləşdirəcəyindən narahatlıqlarını ifadə edirlər.

Избранный
26
axar.az

1Источники