RU

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

BAKI,TurkicWorld

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

TurkicWorld xəbər verir ki, bu barədə nazirliyin X sosial media hesabından paylaşım edilib.

"Qardaş Azərbaycanın təhlükəsizliyi və əmin-amanlığı naminə gecə-gündüz fədakarlıqla xidmət edən qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq. “Bir millət, iki dövlət” şüarı ilə hər zaman bir ürək, bir yumruq olaraq birlikdə olmağa davam edəcəyik!" - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib və noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın məğlubiyyətini bildirən kapitulyasiya aktına imza atması ilə nəticələnib. Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarının azad olunması ilə nəticələnən bu qələbə ölkəmizin ərazi bütövlüyünü təmin edib. Qırx dörd gün ərzində Azərbaycan Ordusu tərəfindən 300-dən çox kənd, qəsəbə və şəhər, o cümlədən Şuşa işğaldan azad edilib. İkinci Qarabağ müharibəsində Azərbaycanın 3 minə yaxın hərbi qulluqçusu, təqribən 93 mülki şəxs şəhid olub, minlərlə əsgər, zabit və dinc sakin yaralanıb.

Qələbənin üç ilinin tamamında – 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağdakı separatçı və qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Bu əməliyyat təxminən 23 saat davam edib və Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələnib

Избранный
14
2
turkic.world

10Источники