AZ

Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - VİDEO

Xankəndi şəhərində 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.

Hurriyyet.az xəbər verir ki, şəxsi heyət hərbi orkestrin müşayiəti ilə mərkəzi küçələrdə müəyyən edilən marşrutlar üzrə yürüş edib.

Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədalarını yerli sakinlər və şəhərin qonaqları maraqla dinləyib.

Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.

Bayram yürüşü şəhərin Zəfər meydanında başa çatıb.

Azpolitika.info

Seçilən
12
12
hurriyyet.az

10Mənbələr